Adanada neft axtarışı işləri apararaq qazdığımız iki quyuda yüksəkkeyfiyyətli neft aşkarlamışıq. Yataqdakı ehtiyat təxminən bir milyard dollar qiymətləndirilib.
AzerTimes xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra açıqlamasında bildirib.
Gündəlikdə duran digər məsələlər barədə danışan dövlət başçısı, inflyasiyaya qarşı tədbirlər, əməkhaqqının artırılması, terrorçuluqla mübarizə məsələsinə toxunaraq bildirib ki, NATO dövlət başçılarının İspaniyada keçiriləcək zirvə görüşündə PKK/YPG, FETÖ kimi terror təşkilatlara münasibətdəki riyakarlığa dair dəlillər faktlar əsasında tərəflərə təqdim olunacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin Suriya sərhədində həyata keçirdiyimiz təhlükəsizlik dəhlizindəki çatışmazlıqları tamamlamaq üçün hazırlıqlarımız bitən kimi yeni əməliyyatlara başlayacağıq.