Türkiyə istehsalı olan ballistik raketlərin uçuş məsafəsi artaraq 560 kilometri də keçəcək.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Yaxın günlərdə “Tayfun” raketinin sınağını keçirdik. Bu raket 561 kilometrdən uzaq məsafəya uçur və bu, son hədd deyil. Tezliklə siz “Cenk” və “Traveler” kimi yeni raketlər barədə yaxşı xəbərlər eşidəcəksiniz”, – Ərdoğan bildirib.