Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəzinədarlıq və maliyyə naziri Lütfi Elvanın istefa barədə ərizəsini qəbul edib.
Trend bu barədə “Resmi Gazete”yə istinadən məlumat verir.
Məlumata əsasən, eyni qərarla T.Ərdoğan xəzinədarlıq və maliyyə naziri vəzifəsinə Nürəddin Nebatini təyin edib.
Qeyd edək ki, N.Nebati daha əvvəl xəzinədarlıq və maliyyə nazirinin müavini vəzifəsində çalışıb.