Türkiyə 530 minə yaxın insanın könüllü olaraq Suriyada təhlükəsizlik zonalarına qayıtmasını təmin edib.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Suriyada qurduğumuz təhlükəsizlik zonalarına təxminən 530 min insanın könüllü qayıtmasını təmin etdik”, – deyə R.T.Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə transsərhəd əməliyyatlar vasitəsilə terror dəhlizini məhv edib.
“Fərat Qalxanı”, “Zeytun budağı”, “Sülh çeşməsi”, “Bahar qalxanı” və “Pəncə-Kilid” əməliyyatları ilə cənub sərhədimizdə terror dəhlizi yaratmaq cəhdlərinin qarşısını aldıq”, – deyə Türkiyə Prezidenti bildirib.