Zəlzələ zonasına ölkəmizin hər yerindən və xaricdən humanitar yüklər daxil olur. Yardım müəyyən bir plan çərçivəsində toplanmalı və paylanmalıdır.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Aydıyamanda çıxışı zamanı deyib.
“AFAD və ya xüsusilə ərazidə yardım göstərən Qızıl Aypara ilə əlaqə saxlamadan təsadüfi yardım toplamayın və göndərməyin. AFAD vasitəsilə nağd pul yardımının verilməsi sui-istifadə və tərəddüdləri aradan qaldıracaq bir üsuldur. Vətəndaşlarımızın AFAD-a verdiyi yardımın hər quruşu zəlzələ bölgəsinə xərclənir”, – prezident bildirib.