Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Ali dini lideri Əli Xamenei ilə görüşüb.
AzerTimes xəbər verir ki, görüş Ərdoğanın Tehrana səfəri çərçivəsində baş tutub.
Görüş zamanı ikitərəfli əlaqələr, regional məsələlər müzakirə edilib.
Qeyd edək ki, görüşdə İran Prezidenti İbrahim Rəisi də iştirak edib.