Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiçlə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Serbiyalı həmkarını seçkilərdəki qələbə münasibəti ilə təbrik edən Ərdoğan yeni dövrdə də iki ölkə arasındakı güclü münasibətlərin və əməkdaşlığın inkişaf edərək davam edəcəyini bildirib.