Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelaya səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
“Cənab Prezidentin qarşıdakı dövrdə Venesuelaya səfərinə hazırlıq üçün işimizi davam etdiririk. Bu hazırlıq işləri çərçivəsində mənim Venesuelaya səfərim də gündəmdədir”, – Fidan qeyd edib.