Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
AzerTimes-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.
Məlumata əsasən, telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib.
Qeyd edilir ki, liderlər həmçinin regional məsələlərə dair fikir mübadiləri aparıblar.