Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında telefon danışığı baş tutub.
AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər başda ticarət, investisiya, enerji, nəqliyyat və səhiyyə sahələri olmaqla Türkiyə ilə Çin arasındakı əlaqələri yaxşılaşdıracaq addımlar və regional hadisələri müzakirə ediblər.
İki ölkə arasında regional və qlobal iqtisadiyyat və siyasətin bütün sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edən Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, yüksək səviyyəli Birgə İşçi Qrupunun ikitərəfli əməkdaşlığı gücləndirəcək.