Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğna və Tacikistan Prezidenti Emomali Rahmon arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.
Məlumata əsasən, tərəflər telefon danışığı zamanı iki ölkə arasındakı münasibətləri və Əfqanıstandakı vəziyyət də daxil olmaqla regional prosesləri müzakirə ediblər.
T.Ərdoğan Tacikistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə E.Rahmonu təbrik edib və Türkiyənin bu ölkəyə dəstəyini davam etdirəcəyini vurğulayıb.