Liderlər hesab edirlər ki, Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq vacibdir.
AzerTimes xəbər verir ki, bu barədə liderlərin Soçi görüşündən sonra qəbul olunmuş birgə bəyanatda deyilir.
“Qaldırılan məsələlər arasında Suriyada baş verən son hadisələr də var. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyi qeyd edilib”, – sənəddə deyilir.
Həmçinin, Putin və Ərdoğan Liviyanın suverenliyinə, ərazi bütövlüyünə, milli birliyinə sadiq olduqlarını açıqlayıblar.