Ərdoğan və Putin Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəliblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti
Vladimir Putin arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti
Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilir ki, liderlər Rusiya və Ukrayna arasındakı müharibə
əsasında cəbhədə yaranmış vəziyyəti, eləcə də böhranın həlli
yolunda danışıqların vəziyyətini müzakirə ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında
atəşkəsin və sülhün əldə olunması, eləcə də bölgədəki humanitar
vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq bu
prosesdə Türkiyənin hərtərəfli təsir göstərməyə davam edəcəyini
bildirib.

Prezidentlər Rusiya və Ukrayna heyətlərinin növbəti görüşünün
İstanbulda keçirilməsi ilə bağlı razılığa gəliblər.

Teqlər: