Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz sözlərinə görə məsuliyyət daşıyan ciddi siyasi fiqurlardır.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin və Ərdoğan böyük siyasi təcrübəyə malik, populist üsullara öyrəşməyən çox ciddi siyasi fiqurlardır. Onlar öz sözlərinə cavabdeh olan siyasətçilər və dövlət xadimləridir. Ərdoğan və Putin arasındakı münasibətlər xüsusidir. Çünki onlar iki ölkə xalqı üçün konkret qarşılıqlı faydalı məsələlərlə məşğul olur”, – Peskov bildirib.