Ərdoğan və Putin bu məsələni müzakirə edəcək

Ərdoğan və Putin bu məsələni müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında mümkün yeni təmaslar zamanı Qara dənizdə gəmilərin tranziti məsələsi müzakirə olunacaq.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

“Mən əminəm ki, yeni təmaslar zamanı bu məsələ də gündəmdə olacaq. Ancaq mövzu haqda indi proqnoz vermək düzgün olmazdı. Lakin Rusiya və Türkiyə kimi dövlətlərin buradakı xüsusi məsuliyyəti və rolu olması danılmazdır”, – Verşinin bildirib.

Teqlər: