Ermənistan Türkiyə ilə sərhədin tez bir zamanda açılmasını istəyir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Anadolu Agentliyinə müsahibəsində deyib.
O bildirib ki, İrəvan diplomatik münasibətlərin qurulmasında və insanlar və mədəniyyətlər arasında təmasların intensivləşdirilməsində maraqlıdır.
Mirzoyan əlavə edib ki, iki ölkənin liderləri – Nikol Paşinyan və Rəcəb Ərdoğan arasında daimi təmas var və bu, müsbət dinamikanı təmin edir.