Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti
Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Məlumata əsasən, tərəflər telefon danışığı zamanı regional
məsələləri, o cümlədən Ukraynadakı hadisələri müzakirə ediblər.
R.T.Ərdoğan bildirib ki, Türkiyə Ukraynadakı böhranın diplomatik
yolla həlli üçün əlindən gələni edir.