Ərdoğan və Kılıçdaroğlunun səs faizi açıqlandı – Son sorğu

Ərdoğan və Kılıçdaroğlunun səs faizi açıqlandı – Son sorğu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 51,4%, onun rəqibi, müxalifətin yeganə namizədi Kamal Kılıçdaroğlu 48,6% səs toplayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Optimar” araşdırma mərkəzinin seçkiqabağı sorğusunun nəticələrinə istinadən “Hürriyet” qəzeti məlumat yayıb.

Məlumata görə, sorğu aprelin 25-dən 28-dək 3005 nəfər arasında keçirilib:

“Hər iki namizəd son on gündə yüksəlişdədir. Ərdoğan zəlzələdən sonra böhrandan çıxdı və artıq iki həftədir ki, yüksəlişdədir. Dörd namizədin hamısı ilə bağlı sorğunun nəticələri belə olub: Ərdoğan 48,6%, Kılıçdaroğlu 44,1%, Məhərrəm İncə 4,3%, Sinan Oğan 3%”.

Qeyd olunur ki, seçki ilə bağlı proqnozlar ikinci turun olacağını deyir:

“Seçkiyə iki həftə qalmış səs faizini 48%-dən yuxarı qaldırmağı bacaran Ərdoğan ilk tur üçün lazım olan iki ballıq artımı təmin edə bilərdi. Çünki bir müddətdir ki, Ərdoğan yüksəlişdədir. Onun səsi yüksəlir, azalmır. Bu, ona ilk mərhələdə lider mövqe tutmağa imkan verə bilər”.

Teqlər: