Ərdoğan və Əsəd Putinin vasitəçiliyi ilə görüşə bilər

Ərdoğan və Əsəd Putinin vasitəçiliyi ilə görüşə bilər

Suriya və Türkiyə Prezidentləri Bəşər Əsəd və Tayyib Ərdoğan iki ölkə arasında münasibətlərinin normallaşdırılması üçün yol xəritəsi üzərində işlər başa çatdıqdan sonra rusiyalı həmkarı Vladimir Putinin iştirakı ilə görüşə bilərlər.

AzerTimes xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edib.

Onun sözlərinə görə, Suriya-Türkiyə münasibətlərinin normallaşması prosesi hər ay inkişaf edir və bu müddətdə yol xəritəsinin aktivləşdirilməsi istiqamətində fəal və intensiv işlər aparılır.

“Müvafiq işlər başa çatdıqdan sonra Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Türkiyə və Suriya dövlət başçıları arasında görüş təşkil etmək üçün prezidentlərə məlumat veriləcək”.

Teqlər: