Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə NATO-nun Vilnüs sammiti çərçivəsində görüşə bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, sammitdə iki liderin qısa görüşü mümkündür və hazırda bunun üzərində iş gedir.
Liderlərin görüşünün əsas mövzusunun İsveçin NATO-ya üzvlük məsələsi olacağı gözlənilir.