Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-ü Brüsseldə
baş tutacaq NATO-nun növbədənkənar sammiti çərçivəsində bir sıra
ikitərəfli görüşlər keçirəcək.
AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbər görə, bunu
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, R.T.Ərdoğanın amerikalı həmkarı Co Bayden
və bir sıra digər liderlərlə görüşləri olacaq.
“Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti və sammitdə iştirak
edəcək digər liderlərlə ikitərəfli görüşləri olacaq. Bir gündə
keçirilə biləcək görüşlərin sayı məhduddur, lakin bacardığımız
qədər və qrafik imkan verdiyi qədər keçirməyə çalışacağıq”, – deyə
İ.Kalın bildirib.