Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Millətçi Hərəkət Partiyasının başqanı Dövlət Baxçalı bu gün görüşəcəklər.
AzerTimes xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Məlumata görə, onların görüşü Bakı vaxtı ilə 15:30-da Prezident Sarayında baş tutacaq.
Görüşdə nəyin müzakirə olunacağı açıqlanmasa da, seçkilərin gündəmdə olacağı ehtimal edilir.