Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyəti
20-dən çox ölkənin lideri ilə müzakirə edib.
AzerTimes-ın məlumatına görə, bunu R.T.Ərdoğan bir qrup yerli icra
hakimiyyətlərinin qadın başçıları ilə görüşündə deyib.
Türkiyə Prezidenti bildirib ki, Ukraynadakı vəziyyət onun
təmaslarının gündəmində qalır və bu məsələ ilə bağlı müzakirələr
davam etdiriləcək.
Onun sözlərinə görə, indiki vəziyyətdə Türkiyənin bölgədəki
mövqeyini göstərmək çox vacibdir.
“Belə dövrlərdə hakimiyyətlə xalqın birliyi çox önəmlidir”, –
deyə R.T.Ərdoğan əlavə edib.