Ərdoğan Ukraynadakı səylərinə görə Nobel mükafatı ala bilər – Hollandiya qəzeti

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının həlli
istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatı ala
bilər.

AzerTimes-ın
məlumatına görə, bu barədə jurnalist Saskiya van Vestrinen
Hollandiyanın “Algemeen Dagblad” qəzetində dərc olunan məqaləsində
bildirib.

Jurnalist R.T.Ərdoğanın İstanbulda danışıqlardan əvvəl Ukrayna
və Rusiya nümayəndə heyətləri ilə görüşdə söylədiyi fikirlərə də
yer verib və prezidentin “Bütün dünya xoş xəbər gözləyir. Biz sizə
kömək etməyə hazırıq” sözlərini sitat gətirib.

“Əgər hər şey yaxşı bitərsə, Ərdoğan indiki mövqeyi ilə demək
olar ki, Nobel Sülh Mükafatını ala bilər”, – deyə van Vestrinen
bildirib.

Həm Rusiya, həm də Ukrayna ilə dostluq münasibətləri sayəsində
Türkiyə özünəməxsus mövqedədir və müharibəni bitirmək istəyinə görə
geniş şəkildə təqdir olunur. R.T.Ərdoğan bu yaxınlarda İstanbulda
keçirilən görüşdən əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri ilə
görüşüb və bunu hər iki tərəf “konstruktiv” adlandırıb.

Teqlər: