Ərdoğan Ukrayna ilə bağlı plan təqdim edəcək

Ərdoğan Ukrayna ilə bağlı plan təqdim edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda keçiriləcək G20 sammitində Ukraynada hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulmasını təklif edəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyə lideri planını bazar ertəsi G20 liderlərinin görüşündə təqdim edəcək:

“Türkiyənin ideyası Donbasın şərq hissəsində demilitarizasiya zonasının yaradılmasını və orada beynəlxalq hərbi qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Bundan başqa, Ərdoğan Vladimir Zelenskiyə NATO-ya üzvlük müzakirəsini ən azı 10 il təxirə salmağı təklif edəcək”.

Qeyd edək ki, G20 sammiti noyabrın 18-dən 19-dək Braziliyada keçiriləcək.

Teqlər: