Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə ev sahibliyi etmək niyyətini təsdiqləyib.
AzerTimes-ın məlumatına görə, bu barədə Rəcəb Tayyib Ərdoğan mətbaut konfransında deyib.
“Biz V.Putinlə V.Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində mənim Ukraynaya səfərim olacaq”, – deyə Türkiyə Prezidenti əlavə edib.