İsrail ilə ikitərəfli münasibətlərimizi gələcək üçün daha sağlam zəminə qoymağa çalışacağıq və bu yanaşma İsrail tərəfində də mövcuddur.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərdən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki,İsrail prezidenti Hersoqun Türkiyəyə səfəri martın ortalarında baş tutacaq.
“Biz ikitərəfli münasibətlərimizi gələcək üçün daha sağlam zəminə qoymağa çalışacağıq və bu yanaşma İsrail tərəfində də mövcuddur. Ola bilsin ki, cənab Hersoq gələnə qədər onların xüsusi nümayəndələri bizə gəldikləri kimi , biz də öz nümayəndələrimizi İsrailə göndərəcəyik ki, işləri görsünlər və prosesə başlasınlar”, -deyə o əlavə edib.