Sabah Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinin nəticəsi və regional proseslər müzakirə olunacaq.
Bundan başqa, İraq və Suriyadakı mövcud vəziyyət, həmçinin taxıl sazişinin perspektivi barədə də fikir mübadiləsi aparılacaq.