Ərdoğan Trampla İranı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Açıqlamaya görə, liderlər regiondakı mövcud hadisələri, xüsusən İranla bağlı elan edilən atəşkəsi müzakirə ediblər.

Atəşkəsdən məmnunluğunu ifadə edən Ərdoğan, bu fürsətdən davamlı sülh razılaşması üçün yaxşı istifadə edilməli olduğunu bildirib. Ərdoğan, Türkiyənin dost və qardaş ölkələr, xüsusən də Pakistanla birlikdə həyata keçirilən həll səylərinə dəstəyinin davam edəcəyini vurğulayıb.