Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdü.
İki ölkə başçısı təkbətək görüş keçirib. Görüş öncəsi Donald Tramp: “Türkiyə ilə münasibətlərimizi daha da gücləndirmək istəyirik. Çox çətin və uzun görüş olacaq” deyib.
Ağ Evdəki görüşdən sonra iki lider mətbuat konfransı keçirildi ki, bu da onlarla telekanal vasitəsilə canlı yayımlandı.
Amerika mediası Ərdoğanın Vaşinqtona uzun və çətin bir tələb siyahısı ilə gəldiyini yazır.
Liderlər terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə ağır silahların verilməsi, Fətullah Gülənin Türkiyəyə ekstradisiyası kimi kritik məsələləri də müzakirə edəcək. 20 dəqiqəlik görüşdən sonra mətbuat konfransı keçiriləcək. Ərdoğan və Tramp Ağ Evdə səhər yeməyi də yeyəcək.