Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin sədri seçilən Numan Qurtulmuşa zəng vurub.
AzerTimes xəbər verir ki, bu barədə Qurtulmuşu təbrik edən Ərdoğan yeni qanunvericilik dövrünün uğurlu olmasını arzulayıb.
“Türkiyə Böyük Millət Məclisinin sədri seçilən dəyərli yol yoldaşım Numan Qurtulmuşu təbrik edir, ona vəzifəsində uğurlar arzulayıram. Ona parlamentin sədri seçildikdən sonra bizləri ziyarət etdiyinə görə təşəkkürümü bildirirəm”, – Ərdoğan qeyd edib.