İstanbulda keçirilən İƏT-in İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) iclası çərçivəsində İƏT Baş katibi Hissein Brahim Taha ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
AzerTimes xəbər verir ki, Türkiyə Prezidenti təşkilatın iqtisadi və ticari əməkdaşlıq sahəsində fəaliyyət göstərən qurumlarının səylərini yüksək qiymətləndirib. Üzv dövlətlər arasında ticarət mübadiləsini daha da inkişaf etdirmək üçün mühüm rol oynayacaq Ticarət Preferensial Sisteminin (TPS-OIC) fəaliyyətə başlamasını alqışlayıb. Görüşdə, həmçinin Fələstin problemi, Kipr türkləri, rohincalar, uyğurlar, Kəşmirlə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Rəcəb Tayyib Ərdoğan təşkilatın, onun orqan və institutlarının potensialının və rolunun artırılması üçün İƏT-ə üzv dövlətlərin davamlı səylərinin zəruriliyini vurğulayıb.