Bu evlər niyə tikilir? Türkiyədəki qaçqınların öz torpaqlarına qayıtması üçün, bu proses artıq başlayıb. İndi biz yeni bir addım atırıq.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında evlərin tikilməsi barədə danışarkən deyib.
“Hətta 1 milyona yaxın qaçqının öz torpaqlarına qayıtması üçün Suriyada ev inşası ilə bağlı bəzi layihələr hazırladıq. Bunlar gözəl layihələrdir. Bu layihələrlə suriyalı qaçqınların geri qayıtmasını təmin edəcəyik”, – Ərdoğan vurğulayıb.