Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberqlə telefon əlaqəsi saxlayıb.
AzerTimes xəbər verr ki, məlumatı “TRT Haber” yayıb.
Telefon danışığı zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətləri müzakirə edilib.
Ərdoğan bu məsələdə Türkiyənin haqlı narahatlıqlarını aradan qaldırmaq üçün addımların atılmalı olduğunu bir daha vurğulayıb:
“Hər iki ölkə Türkiyənin haqlı gözləntilərinə cavab verən konkret addımlar atmasa, terrorla mübarizə və müdafiə sənayesi sahəsində əməkdaşlıqda paradiqma dəyişikliyinə dair yazılı öhdəliklər qəbul etməsə, prosesdə irəliləyişə nail ola bilməyəcəyik”.