Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə lideri Finlandiyanın NATO-ya Üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisindəki təsdiq prosesini başlatmağa qərar verdiyini bildirib.
Ərdoğan Finlandiyanın mövqeyinin də İsveçdən müsbət mənada fərqləndiyini deyib.