Rusiya və Türkiyə prezidentləri Soçidə Cənubi Qafqazın və Ermənistanın taleyini həll edir.
AzerTimes xəbər verir ki, bu sözləri öz sosial şəbəkə hesabında erməni türkoloq Varujan Geqamyan yazıb.
Geqamyan etiraf edib ki, 1988-ci ildən biz fövqəldövlətlərin danışıqlar zamanı erməni amilini “nəzərə almalarını” təmin edə bilmişik:
“Amma sonra 2018-ci il baş verdi (Nikol Paşinyanın hakimiyyətə gəlməsi nəzərdə tutulur – red.). Ordusuz suverenlik ola bilməz. Yaxın Şərqdə ordusuz dövlət ola bilməz.
Hər şeydə günahkar Ermənistan hakimiyyətidir. Erməni elitası ermənipərəst hakimiyyəti qurmaq və erməni faktorunu bərpa etmək məsuliyyətini üzərinə götürmədikcə, bizim əvəzimizə başqaları qərar qəbul edəcək”.