Biz ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın təkliflərini qəbul etməyəcəyik.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Cümhur İttifaqının prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, seçkilərin ikinci turunu hansısa siyasətçi yox, Türkiyə xalqı həll edəcək.
Ərdoğanın sözlərinə görə, 28 may Türkiyə demokratiyası üçün yeni təcrübə olacaq: “Xalqımızın gələcək bazar günündə baş tutacaq seçkilərdə demokratiya üçün seçki məntəqələrinə gedəcəyinə inanıram”.
Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərəhələdə R.T.Ərdoğan və Millət İttifaqının namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.