Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının yeni seçilmiş prezidenti Ərsin Tatarı təbrik edib.
Ərdoğan bu barədə sosial media hesabında yazıb.
O, Türkiyənin Şimali Kipr xalqı üçün lazımi hər şeyi edəcəyini bildirib.
Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında bu gün keçirilən seçkinin qalibi Ərsin Tatar olub.