Prezident Rəcəb Tayyib Ərdoğanın səhhətinə görə seçkilərdə iştirakdan imtina etməsi ilə bağlı heç bir əlamət yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri erməni türkoloq Nelli Minasyan “Sputnik”ə açıqlamasında deyib.
O bildirib ki, bu cür ehtimallar üçün ilkin şərtlər də mövcud deyil:
“Əgər Ərdoğan sağlamlığının ona ikinci prezidentlik müddətinə namizədliyini irəli sürməyə imkan verəcəyinə əmin olmasaydı, o öz varisini indiki seçkilərdə iştirak üçün əvvəlcədən hazırlayardı”.