Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı (Aİ)
Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu
barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər Rusiya-Ukrayna məsələsini və son prosesləri müzakirə
ediblər.
Rusiya və Ukrayna arasında sülhün yenidən təsis olunması üçün
əllərindən gələn bütün səyləri davam etdirəcəkləri bəyan
edilib.