Avqustun 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
AzerTimes-ın məlumatına görə, Nazirlər Kabinetinin iclasında Ukraynadan taxıl ixracına dair İstanbul sazişlərinin icrası və Ukrayna böhranının həlli perspektivlərinin müzakirəsi planlaşdırılır. Türkiyə hökumətinin iclasında iqtisadi məsələlərə və ölkədə koronavirusa yoluxma hallarının artmasına diqqət yetiriləcək.
Görüşdən sonra Türkiyə prezidenti xalqa müraciət edəcək.