Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı
həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə telefon
danışıqları aparmaq niyyətindədir.
Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mğvlud
Çavuşoğlu deyib.
“Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon
danışıqlarım olub, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da
danışıqlar aparmağı planlaşdırıram. Prezidentimiz dəfələrlə Putin
və Zelenski ilə danışıqlar aparıb və yenidən onlarla telefon
danışıqları aparmaq niyyətindədir”, – deyə M.Çavuşoğlu
bildirib.