Ərdoğan Rusiyada mükafata layiq görüldü

Ərdoğan Rusiyada mükafata layiq görüldü

Rusiya İctimaiyyətlə Əlaqələr Assosiasiyası (RASO) illik “Hamburq Hesabı” siyasi mükafatının nəticələrinə yekun vurub.

AzerTimes xəbər verir ki, 2023-cü ilin qalibləri arasında Macarıstan Baş naziri Viktor Orban, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Slovakiyanın Baş naziri Robert Fiso da var.

“Xarici ölkələr arasında: ilin siyasətçisi Viktor Orban, ən yaxşı prezident seçkiləri kampaniyasının qalibi Rəcəb Tayyib Ərdoğan, ən yaxşı parlament seçkiləri kampaniyasının qalibi isə Robert Fisonun Smer partiyasıdır”, – deyə qurumun məlumatında deyilir.

Qeyd edək ki, “Hamburq hesabı” siyasi mükafatı 2016-cı ildə Rusiya İctimai Əlaqələr Assosiasiyası tərəfindən təsis edilib.

Teqlər: