Ərdoğan Romada Makronla görüşüb

Romada keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və fransalı həmkarı Emmanuel Makron arasında görüş keçirilib.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, görüş “Nuvola” konqres mərkəzində mətbuata qapalı rejimdə baş tutub. Bildirilir ki, görüş təxminən 50 dəqiqə davam edib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə görüşüb.