Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı İsrailin Qəzzaya hücumları, fələstinlilərə humanitar yardım və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.