Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər Ukrayna-Rusiya arasındakı son vəziyyəti müzakirə ediblər. Eyni zamanda, Ərdoğan Quterreşə Ukrayna taxılının ixracı üçün birgə səyləri davam etdirdiklərini söyləyib.