Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş arasında görüş baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata əsasən, mətbuata qapalı keçirilən üçtərəfli görüş Potoçki sarayında saat 16.50-də başlayıb və 40 dəqiqə davam edib.
Qeyd edək ki, görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da iştirak edib.