Ərdoğan Qəzzaya görə 45 ölkə lideri danışacaq

Ərdoğan Qəzzaya görə 45 ölkə lideri danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında Yaxın Şərqdə atəşkəs qətnaməsi barədə səsvermədə bitərəf qalan 45 ölkənin lideri ilə tezliklə telefon danışığı aparacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Yeni Şəfəq” nəşri məlumat yayıb.

“Telefon diplomatiyası çərçivəsində Ərdoğan diqqəti Afrika ölkələrinə yönəltmək niyyətindədir. Bundan əlavə, o, Albaniya, Avstraliya, Bolqarıstan, Finlandiya, Estoniya və Ukrayna liderləri ilə danışmağı planlaşdırır. O xatırladacaq ki, Türkiyə taxıl dəhlizi yaratmaq təşəbbüsü ilə bir çox ölkəni ərzaq böhranından xilas edib. Ərdoğan Rusiya ilə müharibədə Ukraynanı dəstəkləyən dövlətlərdən Fələstinə səssiz qalmamağı xahiş edəcək”, – məlumatda deyilib.

Teqlər: