Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani arasında görüş keçirilib.
AzerTimes xəbər verir ki, yüksək səviyyədə keçirilən danışıqların əsas mövzusu Yaxın Şərqdə, o cümlədən Livandakı vəziyyət olub.
İran və İsrail arasında münasibətlərdəki gərginlik, eləcə də regiona humanitar yardımın tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb.
İki ölkənin iqtisadi əlaqələrinin inkişafı mövzusu Ərdoğan və Saninin gündəliyində ayrıca bənd kimi yer alıb. Ötən ilin yekunlarına görə, Türkiyə və Qətər arasında ticarət dövriyyəsi 1 milyard dolları ötüb.