Qərb sadəcə təxribatları gücləndirib və Ukrayna böhranında vasitəçilik etməyə çalışmayıb.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Təəssüf ki, Qərb yalnız təxribat elementlərini aktivləşdirdi və vasitəçi olmağa çalışmadı. Vasitəçilik mərhələsində biz Türkiyə olaraq 2022-ci ildə Qara dəniz taxıl dəhlizi ilə bağlı bu rolu öz üzərimizə götürdük”, – Ərdoğan bildirib.
Onun sözlərinə görə, taxıl təşəbbüsünün məqsədi ehtiyacı olan ölkələri ərzaqla təmin etmək olub:
“Bu müddət ərzində Avropa 44%, biz 16%, Afrika ölkələri isə 14% taxıl aldı. Cənab Putin deyir: “Gəlin belə edək, Avropaya yox, Afrikaya diqqət edək, mən pulsuz taxıl göndərməyə hazıram”. Biz də dedik ki, göndərdiyiniz taxılı dəyirmanlarımızda una çevirək, ehtiyacı olan Afrika ölkələrinə göndərək”.